HASANLY

HASANLY İdman 24-12-2024, 23:40

Raşford "Qalatasaray"ın hədəfində: İngiltərəli ulduz transfer olunacaq?

Raşford "Qalatasaray"ın hədəfində: İngiltərəli ulduz transfer olunacaq?
Türkiyə Superliqasının ilk yarısında ən yaxın izləyicisi "Fənərbağça"nı 8 xal qabaqlayan "Qalatasaray" sabitliyi qorumaq və çatışmazlıqlarını aradan qaldırmaq üçün hərəkətə keçib.

Loading.Az TGRT-yə istinadən xəbər verir ki, gözünü İngiltərə Premyer Liqasına çevirən "sarı-qırmızılar" "Mançester Yunayted"in ulduzu Markus Raşfordu hədəfə alıb. İstanbul klubunun rəhbərliyi ilə İngiltərə komandasının səlahiyyətliləri arasında artıq ilkin təmaslar baş tutub. Hücumçunun icarəyə götürüləcəyi və "aslanlar"ın bu işdə son mərhələdə olduqları da yayılan məlumatlar sırasındadır.

Qeyd edək ki, Ruben Amorimin gəlişi ilə heyətdə yer tapa bilməyən Raşfordun mövsümün fasiləsində mütləq komandadan ayrılacağı bildirilir.

"Mançester Yunayted"in Raşfordu Premyer Liqadan olan komandaya vermək istəmədiyi də iddia edilir.

Xatırladaq ki, Markus Raşford 1997-ci ildə Mançesterdə anadan olub. O, bu mövsüm 32 matçda 5 məhsuldar ötürmə və 17 qola imza atıb. İngilis vingerin bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
351 336 246 290 307 274

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.