HASANLY

HASANLY İdman 25-12-2024, 15:47

Yarım ildir futboldan uzaq qalan futbolçu ilin rəmzi komandasına daxil edilib

Yarım ildir futboldan uzaq qalan futbolçu ilin rəmzi komandasına daxil edilib
Tanınmış "Sofascore" statistik portalı 2024-cü il üzrə İspaniya çempionatının simvolik komandasını dərc edib.

Loading.Az xəbər verir ki, 11 futbolçudan ibarət heyətə iyulda "Sevilya"dan ayrılan və yarım ildir azad agent olan 38 yaşlı müdafiəçi Serxio Ramos da daxil edilib.

Rəmzi heyətdə "Real Madrid"in futbolçuları üstünlük təşkil ediblər.

"Sofascore"a görə La Liqanın simvolik komandası:

Qapıçı: Serxio Herrera (Osasuna);

Müdafiəçilər: Migel Qutyerres, Deyli Blind (hər ikisi "Jirona"), Serxio Ramos ("Sevilya"), Lukas Vaskes ("Real");

Yarımmüdafiəçilər və cinah oyunçuları: Federiko Valverde, Cud Bellinqem, Vinisius Junior (hamısı "Real Madrid"), Rafinya, Lamin Yamal (hər ikisi "Barselona");

Hücumçu: Antuan Qrizmann ("Atletiko Madrid").

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
284 236 235 295 246 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.