ice berg

ice berg Şeirlər 28-12-2024, 16:00

Qardaşxan. Gülöyşə nar kimi

Qardaşxan. Gülöyşə nar kimi
Eh, qızlar, qadınlar!.. qəlbiniz ki, var

köksünüz altında bircəciyidir.

Üçüncü – sinəniz üstə qoşa nar,

İkinci qəlbiniz nar çiçəyidir.



Dördüncü, beşinci qəlbiniz də var;

Gül dodağınızdan sorular nektar,

Diliniz ağızda narşərab dadar,

İkinci qəlbiniz nar çiçəyidir.



Atır, atdığında çağrı çatlayır,

Başvurdan başında ağrı çatlayır,

Gülöyşə nar kimi bağrı çatlayır,

İkinci qəlbiniz nar çiçəyidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 321 270 286 201 278

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.