HASANLY

HASANLY Xəbərlər 31-12-2024, 16:56

Londonda malikanədən 13 milyon dollarlıq oğurluq edilib

Londonda malikanədən 13 milyon dollarlıq oğurluq edilib
Böyük Britaniyanın paytaxtı Londonda malikanəyə daxil olan oğru 10.4 milyon funt sterlinq (təxminən 13 milyon dollar - red.) dəyərində zinət əşyaları oğurlayıb.

Loading.Az xəbər verir ki, bu barədə "Mirror" London polisinə istinadən bildirir.

Cinayətkarın təkbaşına hərəkət etdiyi qeyd edilir. Ev sahibləri evdə olmadığı müddətdə malikanəyə daxil olaraq zümrüdlü qızıl bilərzik, brilyant və sapfirli üzüklər, brilyant sırğalar, həmçinin brilyant, sapfir, qızıl və platindən hazırlanmış çoxlu boyunbağı oğurlayıb. Bundan əlavə, oğru 150 min funt sterlinq (təxminən 188 min dollar - red.) dəyərində olan "Hermes" çantasını oğurlayıb.



İtmiş zinət əşyalarının sahibləri oğrunun tapılmasına kömək edə biləcək hər kəsə yarım milyon funt sterlinq (627 min dollar - red.) və tapılan hər bir əşyanın dəyərinin 10%-ni verməyə hazırdırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
269 261 197 189 161 209

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.