Duanın gücü


Leyla adlı çox kasıb bir qadın üzündə bir hüzünlə bir dükana girir. Dükan sahibinə utanclı bir şəkildə yaxınlaşaraq. Ərinin çox xəstə olduğunu, işləməz hala düşdüyünü deyər. Dükançı ona tərs-tərs baxaraq, dərhal dükanı tərk etməsini istəyir. Qadın ailəsinin ehtiyaclarını düşünərək;
-Lütfən bəyim , deyir. Pulumuz olan kimi gətirib borcumu ödəyəcəyəm.
Dükançı ona nisiyə verməyəcəyini çünki onun köhnə müştərisi olmadığını deyir. Bu zaman dükanın çölündə gözləyən bir müştəri ikisinin arasında davam edən bu söhbəti dinləyir.
İçəri girərək dükançıya yaxınlaşır və;
-Mən o qadının almaq istədiklərini qarşılamaq istəyirəm. Ailəsinin ehtiyacı olan hərşeyi ver.
Bundan sonra dükançı çox istəksiz bir şəkildə qadına dönərək:
-Bir alış-veriş siyahın varmı? deyə soruşur.
Leyla; -Bəli var, deyə cavab verir.
-Yaxşı deyir dükançı. İndi onu tərəzinin bu gözünə qoy, onun ağırlığında digər gözünə istədiklərinoi qoyacağam!
Leyla bir an dayanır, sonra çantasını açaraq üzərinə bir şeylər qaralamış bir kağız parçasını çıxarır və dükançının dediyi tərəzinin gözünə qoyaraq başını aşağı əyir. Dükançının və digər müştərinin gözləri tərəziyə zillənərək bərəlmişdi.
Dükançı müştəriyə baxaraq, qısıq bir səslə;
-İnanmıram, deyir.
İnanılacaq kimi deyildi. Müştəri dükançıya gülərkən dükançı tərəzinin digər gözünə əlinə keçəni doldurmağa başlamışdı amma nafilə tərəzinin digər gözü yerindən belə tərpənmirdi.
Tərəzinin göze artıq üzərindəkiləri almayacaq qədər doldurduğunda çarəsiz hamısını bir torbaya dolduraraq qadına verir.
Təəccüblə üzərində bir şeylər yazılmış kağızı əlinə alır və oxuyur. Birdə baxır ki, orada bir alış-veriş siyahısı yoxdur. Sadəcə bir dua yazılıdır. -"Allahım nəyə ehtiyacım olduğunu sən bilirsən, özümü sənin əllərinə təslim edirəm.
Dükançı səssizliyə bürünmüşdü. Leyla ona təşəkkür edərək dükandan çıxır.
Müştəri, dükançının əlinə bir yüz manatlıq tutuşdurarakən;
-Hər qəpiyinə dəydi, deyir.
Daha sonra dükançı tərəzinin gözlərinin qırılmış olduğunu görür. Bu səbəblə duanın nə qədər ağır çəkdiyini sadəcə Allah bilir.







