cabir

cabir Məşhurlar 5-01-2025, 13:30

Acun Ilıcalının sahib olduğu klubun oyununa Türkiyə bayrağının buraxılması qadağan edilib

Acun Ilıcalının sahib olduğu klubun oyununa Türkiyə bayrağının buraxılması qadağan edilib
Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" bu gün Çempionşipin 26-cı turunda lider "Lids"i qəbul edəcək. Sun.Az xəbər verir ki, klub oyunöncəsi azarkeşlərinə çağırış edərək, stadiona Türkiyə bayrağı gətirilməməsini istəyib.

2000-ci ildə UEFA Kubokunun İstanbulda keçirilən "Qalatasaray" - "Lids" matçından əvvəl baş verən qarşıdurmada vəfat edən İngiltərə klubunun iki azarkeşinin ruhuna hörmət əlaməti olaraq "Hall Siti" bu bəyanatı yayıb. Azarkeşlər arasında birmənalı qarşılanmayan bu qərara klubun sahibi Acun Ilıcalı da reaksiya verib. O, sosial şəbəkə hesabındakı paylaşımında azarkeşləri anlayışlı olmağa çağırıb:

"Azarkeşlərimiz bizə jest olaraq, ilk gündən "Hall Siti" matçlarında bayrağımızla stadiona gəlirlər və bu, bizi qürurlandırır. Lakin 2000-ci ildə iki "Lids" azarkeşinin həyatını itirdiyi dəhşətli hadisədən sonra digər komandaların bəzi azarkeşləri bu hadisədən yararlanaraq "Lids" fanatlarını təxribata çəkmək üçün bayrağımızdan istifadə edirlər. Bu gün verilən bəyanat isə bayrağımıza, ölkəmizə qarşı təxribat elementi kimi istifadə olunmasının qarşısını almaq məqsədi daşıyır".

Qeyd edək ki, bu gün keçiriləcək "Hall Siti" - "Lids" matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
278 244 265 247 260 206

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.