Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Evlilik 6-01-2025, 13:00

Evlilik haqqında doğru bilinən YANLIŞLAR

Evlilik haqqında doğru bilinən YANLIŞLAR
Sun.Az xəbər saytı
Evliliklə bağlı doğru olduğunu düşündüyünüz bir çox şey səhv ola bilər!

Evlənmədən əvvəl demək olar ki, hər kəs ailə həyatını necə dəyişdirəcəyini xəyal edir. Təəssüf ki, evliliyinin ilk illərində bəzi insanlar xəyal etdikləri ilə yaşadıqları arasında çox böyük bir fərq olduğunu görəndə məyus olurlar.

Loading.aZ xarici KİV-ə istinadən əslində doğru sandığımız, amma yanlış olan faktları təqdim edir.

1. Sevgi xoşbəxt bir evlilik üçün lazım olan hər şeydir

Sevginin xoşbəxt və uzun bir evlilik üçün yetərli olduğunu düşünmək ən böyük səhvlərdən biridir. Evliliyin uzunömürlü olması üçün sevgidən daha çox şey lazımdır. Səbir, empatiya, diqqətli olmaq bunlardan yalnız bir neçəsidir.

2. Evliliklə münasibətləriniz daha da güclənəcək

Ümumiyyətlə, nikah bağının münasibətləri gücləndirəcəyinə inanılır. Düzdür, evlilik insanları daha da yaxınlaşdırır. Nəticədə, birlikdə bir həyat yaşayacağınıza söz verirsiniz. Ancaq səy və qarşılıqlı fədakarlıq olmadan münasibətlərinizin güclənməsini gözləməyin.

3. Uyğun bir evlilik üçün hər iki tərəf eyni şeylərlə maraqlanmalıdılar

Çox səhv bir inanc! Hər bir insanın fərqli xüsusiyyətləri var və maraqlandıqları şeylər təbii olaraq fərqli olacaq. Əlbəttə ki, həyat yoldaşınızla bölüşdüyünüz bir neçə maraq və ya hobbinizə sahib olmaq xoşdur, amma bunlara sahib olmamaq evlilik üçün də problem deyil. Fərqli şeylərə marağınız bir-birinizi tamamlamağınıza kömək edəcək.

4. Evlilikdən əvvəl həyat yoldaşları birlikdə yaşayarlarsa, həqiqətən xoşbəxt bir evlilik qurarlar.

Olduqca yanlış fikirdir. Bu qaydalar xoşbəxtlik gətirmir.

5. Uşaqlar evli cütlərin xoşbəxtliyini artırır

Bu, çox yayılmış bir inancdır. Hətta araşdırmalar göstərir ki, ilk uşaq, xüsusilə cütləri bir-birindən uzaqlaşdırır. Bunun səbəbi körpənin cütlüyün həyatını dəyişdirməsi nəticəsində yaranan stresdir. Əlbəttə bu bir qayda deyil. Bir uşağı olan və xoşbəxtliyinə xoşbəxtlik qatan edən cütlüklər də var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
139 96 29 40 39 67

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.