cabir

cabir Məşhurlar 8-01-2025, 16:30

Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı

Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb. Sun.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tərəflər arasında notarius qaydasında barışıq əldə olunub. Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.

Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.

Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.

Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
315 273 285 282 263 236

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.