cabir

cabir Məşhurlar 10-01-2025, 11:30

Röyadan ilin ilk layihəsi: "Boş bəhanələr"

Röyadan ilin ilk layihəsi: "Boş bəhanələr"
Xalq artisti Röya Ayxan 2025-ci ildə ilk mahnısını təqdim edib.

Müğənninin "Boş bəhanələr" adlanan yeni mahnısının sözləri və musiqisi Arif Neymətova və Əli Türkoğluya məxsusdur. Klip İstanbulda, Türkiyənin ən məşhur rejissoru Halil Güzel tərəfindən ekranlaşdırılıb. Sevgi balladalarının ən gözəl ifaçılarından olan Röya Ayxan "Boş bəhanələr"i də məharətlə ifa edərək mahnıya öz möhürünü vurub. Qəmli sevgi hekayəsi üzərində qurulan mahnının ekran işi sadə süjet xəttinə malikdir. Pop kraliça mahnının klip formasında ərsəyə gəlməsi üçün dörd obrazda kamera qarşısına keçib. Müğənninin mahnın motivinə uyğun canlandırdığı obrazlarda seçdiyi geyimlər klipə xüsusi ahəng qatıb. Mahnı bütün musiqi platformalarında, klip isə Xalq artistinin rəsmi "YouTube" hesabına yerləşdirilib.
Artıq müğənninin "YouTube" səhifəsində yerləşdirilən mahnısı çoxsaylı dinləyici rəğbəti qazanıb. Dinləyicilər müğənninin yeni mahnısını çox bəyəndiklərini, onu klassik musiqilərin mahir ifaçısı adlandırıblar. Mahnını ilin ilk hiti adlandıranlar da olub. Röya Ayxanın yeni təqdim etdiyi mahnısı qısa müddətdə "YouTube" platformasında çoxsaylı dinləyici auditoriyası qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 481 386 442 465 451

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.