Sun.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 12-01-2025, 09:00

Polisdən ƏMƏLİYYAT: Saxlanılan var

Polisdən ƏMƏLİYYAT: Saxlanılan var
Sun.Az xəbər saytı
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 31 yaşlı Mirilyas Ağayev saxlanılıb.

Bu barədə Sun.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, ondan ümumilikdə 3 kiloqram marixuana və metamfetamin, həmçinin 144 ədəd metadon həbi aşkarlanıb. M.Ağayevin narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
39 53 33 43 52 37

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.