Sun.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 13-01-2025, 14:00

Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT

Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT
Sun.Az xəbər saytı
Bakıda 35 yaşlı qadın falçının qurbanı olub. Sun.Az Xəzər TV-yə istinadən məlumat verir ki, paytaxtın Xətai rayon sakini olan, 35 yaşlı qadın müşkülə düşən işlərini yoluna qoymaq üçün falçı axtarıb.

Onun iddiasına görə, 3 ay müddətində falçıya 12 min manat pul verib. Əvəzində Natiq adlı falçı ona müxtəlif dualar yazıb. Qadın özəl musiqi dərsləri alır, ifaçılıq sənətinə yiyələnmək istəyir. İddiasına görə, falçını da elə dolanışıq üçün axtarıb və ona inanaraq zinət əşyalarını satıb, işlərinin düzələcəyinə inanıb. Amma, 1 il ərzində nə işi düzəlib, nə də pulu geri qaytara bilib.

Gənc qadın iddia edir ki, Natiq adlı şəxs Bakıda müxtəlif mənzilləri iki günlük kirayə edib fala baxırmış. İndi o telefonlarını açmır, kirayə yaşadığı ərazini isə tərk edib.

İlahiyyat İnsitutundan məzun olduğunu iddia edən Natiq Sabirabad rayonunun Çiçəkli kəndində ruhani kimi fəaliyyət göstərdiyini bildirib. Deyilən iddiaların isə həqiqatlə heç bir əlaqəsi olmadığını deyib.

Hazırda fakt Xətai Rayon 34-cü polis bölməsi tərəfindən araşdırlır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
40 42 52 61 31 52

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.