ice berg

ice berg Mətbəx 13-01-2025, 20:00

Xırçıltılı kartof qızartmaq üçün 3-3-3 üsulu

Xırçıltılı kartof qızartmaq üçün 3-3-3 üsulu
Yəqin ki, qızılı xırtıldayan qabığı olan aromatik qızardılmış kartofu sevməyən adam yoxdur. Ancaq az adam onu elə qızarmağı bacarır ki, üstü xırtıldayan, içi isə yumşaq olsun.

Loading.az sizə “3-3-3” üsulu ilə qızardılmış kartofun necə bişirildiyini təqdim edir.

- Kartofu yarıya bölün və parçaları 3 saniyə boyunca bir-birinə sürtün. Yarımlar yapışıbsa, onda kartofda çoxlu nişasta var, onlar qızartmaq üçün uyğun deyil, onları bişirmək və ya əzmək daha yaxşıdır.

- Doğradığınız kartofları 3 bərabər hissəyə ayırın.

- İlk qızartma mərhələsi üç dəqiqə çəkməlidir. Bişirəcəyiniz tavanı qızdırın və birinci hissəni qızardın. 3 dəqiqədən sonra kartofu çevirin və ikinci hissəni əlavə edin. Və daha bir dəqiqə keçdikdə, üçüncü hissəni tavaya tökün və kartofu həmişəki kimi bişənə qədər qızardın. Ancaq unutmayın ki, kartofu qızardanda qabın qapağını örtməməlisiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
298 285 246 223 242 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.