Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg İdman 13-01-2025, 21:00

"Qalatasaray"dan İlkay Gündoğana təklifi AÇIQLANDI

"Qalatasaray"dan İlkay Gündoğana təklifi AÇIQLANDI
Sun.Az xəbər saytı
Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı gözlənilən İlkay Gündoğan yenidən "Qalatasaray"ın gündəminə gəlib. İngilislər sarı-qırmızılıların təklifini açıqlayıb.

Superliqada və Avropada yoluna inamla davam edən "Qalatasaray" heyəti gücləndirmək üçün hərəkətə keçib.

Loading.az bildirir ki, “The Sun”dakı xəbərə görə, mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı gözlənilən İlkay Gündoğan "Qalatasaray"ın gündəminə gəlib.

İngilislər sarı-qırmızılı komandanın türk əsilli alman futbolçuya etdiyi təklifi açıqlayıb.

Xəbərdə "Qalatasaray"ın ulduz futbolçuya 5 milyon avro qarşılığında 2 illik müqavilə təklif etdiyi bildirilib.

Digər tərəfdən, ingilis nəhənginin müqaviləsini yeniləmək fikrində olmadığı İlkay Gündoğanı texniki heyətə qatmaq təklifi ilə çıxış edəcəyi bildirilir.

Ona edilən bu təklifləri dəyərləndirən yarımmüdafiəçi gələcəyi ilə bağlı hələ qərar verməyib.

34 yaşlı yarımmüdafiəçi bu mövsüm "Mançester Siti"nin heyətində 26 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
184 170 195 192 187 236

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.