İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib.
Məlumdur ki İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Prezident İlham əliyev son müsahibəsində bildirib ki Zəngəzur dəhlizi açılacaq. Bütün bunlar İran-Azərbaycan münasibətlərinin yenidən mənfiyə doğru getməsini göstərib.
Mövzu ilə bağlı Sun.Az -a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, İran tərəfi üzrxahlıq etmək əvəzinə ard-arda təxribatlar törədir.Azərbaycan israrla bu dəhlizin açılacağını vurğulayıb. İran tərəfi bilməlidir ki, Azərbaycan bu hədəfinə nail olacaq. Azərbaycan vətəndaşları Naxçıvana sərbəst gedib-gəlməlidirlər:
"Biz ilk dəfə deyil ki, İran rəsmilərinin bu cür açıqlamalarının şahidi oluruq.Əvvəlki dövrdə də Azərbaycan bu məsələlərə dəfələrlə münasibətini bildirib. Azərbaycan hər zaman İranla münasibətlərinin qorunmasında maraqlı olub. İran bu məsələni nəzərə almalıdır. Biz bütün region dövlətləri ilə əlaqələrimizin inkişafında və münasibətlərimizin qorunmasında maraqlıyıq. Dəfələrlə prezident İlham Əliyev bu məsələyə öz münasibətini bildirib. İran bu günə kimi Azərbaycana qarşı müxtəlif təxribatlar törədib. Hətta səfirlik əməkdaşlarımızı qətlə yetirən şəxs edam olunmayıb. Prezident İlham Əliyev yerli televiziyaya müsahibəsində haqlı olaraq bu məsələni qaldırdı. Təəssüf ki, İran tərəfi üzrxahlıq etmək əvəzinə ard-arda təxribatlar törədir. Əslində, Azərbaycan İran münasibətləri bərpa olunarkən İran Azərbaycana söz vermişdi ki, ən qısa vaxtda bu cinayəti törədən şəxs cəzalandırılacaq və ona qarşı müəyyən addımlar atılacaq. Amma İranın ali dini rəhbəri Əli Xameneyinin Təbriz nümayəndəsi, ardınca Qəzvin əyalətindəki nümayəndəsi Əbdülkərim Abedini bu təxribatı törətdi.İran tərəfi çalışır ki, Azərbaycana qarşı təzyiq etsin. Zəngəzur dəhlizinin açılmasını istəmir. Azərbaycan israrla bu dəhlizin açılacağını vurğulayıb. İran tərəfi bilməlidir ki, Azərbaycan bu hədəfinə də nail olacaq. Azərbaycan vətəndaşları Naxçıvana sərbəst gedib-gəlməlidirlər. Niyə başqa ölkələrin ərazisindən istifadə edərək öz torpağımıza getməliyik? Bu məsələ həllini tapmalıdır. Bu cür təxribatlar münasibətlərə xələl gətirir, münasibətlərin yenidən pozulmasına təsir göstərir. Bu məqamda çox diqqətli olmalıyıq və Iran tərəfi bu cür addımlara son qoymalıdır".
Sun.Az - Həyat Hekayəni Yarat

"İran tərəfi bilməlidir ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması hədəfinə nail olacaq" - Ceyhun Məmmədov

Sun.Az xəbər saytı

Sun.Az xəbər saytı