ice berg

ice berg İdman 19-01-2025, 18:00

“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub

“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub
“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub. Loading.aZ xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Yubiley Misli Premyer Liqasının XIX turuna təsadüf edib. “Sumqayıt”la səfər görüşündə (2:0) hesabı açan Rüfət Abdullazadə komandasının 200-cü qolunun müəllifi olub. Bu rəqəmi 201-ə də çatdıran “Səbail” Premyer Liqadakı 223-cü matçında buna nail olub. Paytaxt təmsilçisi evdə 102, səfərdə 99 qola sevinib. “Səbail” ölkə çempionatları tarixində 200 və daha çox top vuran 23-cü komandadır.

Qeyd edək ki, “Səbail” ilk qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə səfər oyununda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
128 98 55 55 60 64

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.