ice berg

ice berg İdman 22-01-2025, 21:00

"Qalatasaray"la razılaşmışdı, "Fənərbağça"ya nəsib oldu

"Qalatasaray"la razılaşmışdı, "Fənərbağça"ya nəsib oldu
Türkiyənin Super Liqa nəhəngi "Fənərbağça" slovakiyalı müdafiəçi Milan Skrinyarın transferini tamamlayaraq onu İstanbula gətirir.

Loading.aZ haberler-ə istindla xəbər verir ki, "Fənərbağça" futbolçu ilə razılığa gəlib və Skrinyar bu gün saat 15:30-da tibbi müayinədən keçmək üçün İstanbulda olacaq.

İtaliya mətbuatının iddiasına görə, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo şəxsən Skrinyara zəng edərək onu komandaya qoşulmağa razı salıb. Bu zəngdən sonra futbolçu PSG-nin "Mançester Siti" ilə bu axşam keçiriləcək oyununa daxil edilməyib.

Klubun rəsmi açıqlamasında bildirilir: "Milan Skrinyar Futbol Komandamızın 2024-2025 mövsümü orta mövsüm transfer işləri çərçivəsində görüşlər keçirmək üçün İstanbula gəlir."

Qeyd edək ki, futbolçunun adı uzun müddət "Qalatasaray" ilə hallanırdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 404 398 388 334 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.