Əzizim
📕 Seymur İbrahimli
Alışdım qırıla ürəyim hər gün
Bu gün də qırılsın ,boşdu əzizim
Axtarıb,yadına salmırsan məni..
Məni incitməyin xoşdu əzizim?
Sən elə bilmə ki,salmıram yada
Vermədim könlümü özgəyə,yada
Sən məni sevmirsən unutdun,ya da
Məhəbbət gözündən düşdü əzizim
Sevsəydin etməzdin hərşeyi hədər
Yığılıb boğazda qalıbdı qəhər
İtdi dəyərim də, verdikcə dəyər
Sevgimiz həddini aşdı ,əzizim.
Bəlkə də gerçəyə döndü yalanlar
Səni də,məni də sıxdı olanlar.
Ötən xatirələr,yaşanmış anlar
Çevrilib şeirə dönən zamanlar
Çağladı sinəmdə daşdı,əzizim.
Alışdım qırıla ürəyim hər gün
Bu gün də qırılsın ,boşdu əzizim
Axtarıb,yadına salmırsan məni..
Məni incitməyin xoşdu əzizim?
Sən elə bilmə ki,salmıram yada
Vermədim könlümü özgəyə,yada
Sən məni sevmirsən unutdun,ya da
Məhəbbət gözündən düşdü əzizim
Sevsəydin etməzdin hərşeyi hədər
Yığılıb boğazda qalıbdı qəhər
İtdi dəyərim də, verdikcə dəyər
Sevgimiz həddini aşdı ,əzizim.
Bəlkə də gerçəyə döndü yalanlar
Səni də,məni də sıxdı olanlar.
Ötən xatirələr,yaşanmış anlar
Çevrilib şeirə dönən zamanlar
Çağladı sinəmdə daşdı,əzizim.







