Sən getdikdən sonra,özümü yarım gördüm

Sən getdikdən sonra,özümü yarım gördüm.Bilirsən necə? Çırpınmağa,uçmağa can atan,qanadı qırıq bir quş kimi.Yeriməyə çalışıbda ayağı büdrəyib yıxılan bir körpə uşaq kimi.Nə bilim ucsuz bir səhrada susuzluqdan ciyərləri od tutub yanan bir adam kimi.Mən bütün çarəmi səndə axtardım.Mən səndə tamamlanacaqdım,səndə bütün olacaqdım, səninlə nəfəs alacaqdım. Getməsəydin....Sən idin varlığıma anlam qatan.O ki,pəncərədən baxıb, yağışda islanmaqdan çəkinən birinə,yağışı hiss etməyi öyrədən biri.Biri ilə necə nəfəs alınır,necə yaşanır öyrədən biri sən idin.Və necə sənsiz yaşanır,sevdiyinə necə həsrətlə baxmağı,əvvəllər hər zərrəsi sənə aid olan birinin tellərinə toxuna bilməməyi, saatlarca gözlərinə baxıb xəyallara dala bilməməyin verdiyi əzabıda sən öyrətdin mənə.