Həzin insanları var bu dünyanın
Həzin insanları var bu dünyanın
Elə kövrək toxunmağa qorxarsan
Elə titrək yanından keçməyə ürəyin gəlməz
Soruşmasan halını deməz..dinməz, söyləməz
Danışanda da əllərini geniş açmazlar ki, əşyalar inciyər, hava küsər, günəş didərgin düşüb birdə göylərə gəlməz.
Acı sözlərdən gözləri yaşarar, sən görməyəsən deyə, sənin yerinə gülümsəyər.
Həzin insanları var bu dünyanın..
Dünyaya utanc olsun deyə gəliblər,
Hər şənlikdə sındıra-sındıra oynayıb,
Həzinliyin nəğməsini təklikdə acı-acı qollarına döyəcləyiblər.
Təskinliyi göy qurşağından asılan sonuncu yağış damlasından..gecə 12 avtobusunun arxa oturacağındakı tənha sərnişindən alıblar.
Çünki, gülümsəməyə məcbur olub, ürəkdən sevinməyə vaxtı olmayanlar anlar bir birini..