Mən sadəcə darıxıram deyəsən

Yaralıdır indi ən az qəlbim qədər sətirlərim.Doldurmur yerini nə yad,nə də ki,doğma bir kimsə.Unutdurmur səni nə qədəh-qədəh şərab,nə özgə bədənlər,nə də başqa sevgilər. Dağınıqdır üst-başım,ən az səninki tək tənhadır otağım.İndi məni unutduğun küçələrdə axtarıram sənə bənzər birini.Yox,yox bənzəmir bir kimsə sənə.Mən sadəcə darıxıram deyəsən..
Bütün ayrılıq mahnıları da bizim üçün yazılıb sanki,bütün şeirlərin də həsrət dolu misrası bizdən danışır elə bil. Yenə doldururam vərəqi, yenə büküb boynunu qələmim.Sən olmadan keçən günlərim ömrümdən cüt-cüt aparır. Sənsizlikdə uzanır gecəm,gecikir doğmağa günəşim.Sən olmadığın hər yer qürbətdir mənə.Bura kimsəsizlər şəhəri,bura yetim qoyar insanı sevgidən..🖤

“Səndən sonra çox darıxıram, bir zamanlar hər şeyi mənə gözəl edən sevgim üçün.Sevərkən qəlbimin atdığı hər həyacan çırpınışları üçün darıxıram.Əlindən tutub,gözü bağlı atdığım addımlar üçün darıxıram,yıxılmayacağımı,yıxılsam belə məni qaldıracaq güvənə inanmaq üçün darıxmışam.Bərabər xəyallar qurub,həsrətini çəkmək üçün,həsrətə sərin meh kimi xoş gələn sarılmağın üçün darıxmışam.Ən çox mən içimin ən dərin yerlərinə toxunan gözlərinçün darıxmışam.Məni özünlə ən uzaq xəyallara aparan baxışlarına çox darıxdım.Sənlə birgə ikən hər şeyi unudub,yaşadığım hər xoşbəxt ançün darıxdım,ən əsası da həyatı yox, səni yaşamaq üçün darıxdım...”❤️🩹