Mayalı, ağır bulka xəmirlərinə ehtiyac yoxdur. Bu reseptlə çox yüngül, çox yumşaq, çooox dadlı bulkalar alınır. Keçək reseptə.
10 ədəd bulka üçün:
Kəsmik - 200 qram
Bir çimdik duz
Yumurta - 1 ədəd
Şəkər - 2 xörək qaşığı
Bitki yağı - 50 ml
Vanilin - 1 paket
Qabartma tozu - 1 ç.q
Un - 200 qram
Reseptdəki sırayla bütün ərzaqları qarışdırıb, xəmir yoğurun. Üzərini örtüb bir az dincəlməyə qoyun. Bu arada içliyi hazırlayın.
İçlik:
Alma - 4 ədəd (orta ölçülü)
Şəkər tozu - 2 xörək qaşığı (istəyə görə artıra bilərsiniz)
Kərə yağı - 1 xörək qaşığı
Dadlandırmaq üçün bir az darçın
Nişasta - 1 xörək qaşığı
Almaların qabığını soyub, xırda kublar şəkilində doğrayın. Bir tavaya alıb, qalan inqredientləri də buraya əlavə edib zəif odda, suyu çəkilənə qədər bişirin. Tam soyudun.
Sobanı 180 dərəcə qızdırın. Xəmiri 10 hissəyə bölün. Oxlovla yayın, içlik qoyub, ağzını bükərək o biri üzünə çevirib listə yerləşdirin. Üzərinə fırçayla süd sürtüb isidilmiş sobada 20-25 dəqiqə bişirin. Bişdikdən sonra ya sadə şəkildə, ya üzərinə şəkər pudrası səpərək və yaxud da mənim kimi üzərinə əridilmiş kərə yağı sürtüb şəkər tozuna bulayaraq nuş edə bilərsiniz.