AzizA

AzizA İdman 1-02-2025, 21:30

"Milan"ın hücumçusu Alvaro Morata "Qalatasaray"a keçid edir

"Milan"ın hücumçusu Alvaro Morata "Qalatasaray"a keçid edir
İtaliyanın "Milan" futbol klubunun hücumçusu Alvaro Morata Türkiyənin "Qalatasaray" klubuna keçəcək.

Loading.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, bu, müqavilənin bir il müddətinə uzadılması opsiyası və satınalma imkanı əsasında icarə olacaq.

Klublar artıq transferlə bağlı razılığa gəliblər. İndi 32 yaşlı ispaniyalı bütün sənədləri yoxlanıldıqdan sonra İstanbula gedəcək.

Qeyd edək ki, Morata ötən yay "Atletiko Madrid"dən İtaliya nəhənginə keçib. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, altı qol vurub və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, 2024-cü ilin yayında keçirilən Avropa çempionatında Morata İspaniya millisinin heyətində turnirin qalibi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
396 404 308 348 356 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.