Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg İdman 2-02-2025, 14:00

Parisdə Azərbaycan himni çalındı

Parisdə Azərbaycan himni çalındı
Sun.Az xəbər saytı
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə 2 medal qazanıblar.

Loading.aZ xəbər verir ki, kişilər arasında 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayev finalda Fransa təmsilçisi Daikii Boubanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev 5-ci yerlə kifayətlənib.

73 kiloqram çəki dərəcəsində isə Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə portuqaliyalı Otari Kvantidzeyə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan fevralın 2-dək davam edəcək yarışda 10 cüdoçu ilə təmsil olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
87 103 44 25 23 28

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.