Bu dünyanı ağlım elə kəsəndən
Bu dünyanı ağlım elə kəsəndən,
tufan olub mənim ömür dənizim.
O səadət söylədiyin nədirsə ,
qoy hamısı sənin olsun, əzizim.
Mənim üçün sən dediyin səadət,
düşüncənin dənizində doğulmaq.
Bu dünyanın tufanından sağ çıxıb,
fikirlərin təzadında boğulmaq..
Səadətin nə olduğun soruşsan?
...öz içimdə cəhaləti yıxmağım.
Öpüb ölüm mələyinin üzündən,
neçə hərbin alovundan çıxmağım.
Ruhumdakı təlatümlər səngimir,
konüldəki qeylü-qaldan barlıyam.
Dünya boyda gözəlliyi görürsəm,
sən dediyin olmasa da, varlıyam.
Kitab-kitab səadəti gəzəndə,
oxu onu...Şeir-şeir yoxla sən,
bir şeirlik səadəti tapanda,
bir misralıq mənim üçün saxla sən.
#MahirDiniyev.
tufan olub mənim ömür dənizim.
O səadət söylədiyin nədirsə ,
qoy hamısı sənin olsun, əzizim.
Mənim üçün sən dediyin səadət,
düşüncənin dənizində doğulmaq.
Bu dünyanın tufanından sağ çıxıb,
fikirlərin təzadında boğulmaq..
Səadətin nə olduğun soruşsan?
...öz içimdə cəhaləti yıxmağım.
Öpüb ölüm mələyinin üzündən,
neçə hərbin alovundan çıxmağım.
Ruhumdakı təlatümlər səngimir,
konüldəki qeylü-qaldan barlıyam.
Dünya boyda gözəlliyi görürsəm,
sən dediyin olmasa da, varlıyam.
Kitab-kitab səadəti gəzəndə,
oxu onu...Şeir-şeir yoxla sən,
bir şeirlik səadəti tapanda,
bir misralıq mənim üçün saxla sən.
#MahirDiniyev.







