ice berg

ice berg Şeirlər 5-02-2025, 22:00

Qəlbimdə gizlincə yaralarım var.

Qəlbimdə gizlincə yaralarım var.
Bir səhər açılır yenə ümidsiz,
Bu yoldan o yana neçə cığır var?
Eh, mənim günəşim batıbdı çoxdan,
Qəlbimdə gizlincə yaralarım var.

Bükülür dizlərim, taqətim bitir,
Gedənlər gözümdə yox olur, itir.
Yaxınlar qədrimi bilməz, əzizim,
Məndən uzaqlara bir xəbər yetir.

İnsanlar içində təkəm, tənhayam,
Qəribəm, kimsəsiz qərib şəhərdə.
Gül açmaz sahildə o sərt qayayam,
Kim çarə qılacaq, çarəsiz dərdə?

Danışmır divarlar, məndə susuram,
Gəlməyən ümidin yolun pusuram.
Gözlədim-gözlədim, gələn olmadı,
Cismimi incidib, ruhu asıram..


• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
402 380 266 261 313 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.