Çox ali və aydın həqiqətlər

Çox ali və aydın həqiqətlər



İnsanın haqlı və ya haqsız olduğu qanunlarla təsbit olunur. Qanunların təməlində isə din faktoru aparıcı rol oynayır. Bəşər tarixində müsbət rol oynamış bütün dövlətlərin qanun kitabının mərkəzində Allahın əmrləri durur. Allahın əmrləri güclünün maraqlarını təmin etmək üçün deyil, yer üzündə əmniyyət, aşayişi hakim qılmaq üçündür. Ədalət Allahın bəndələrinə əmridir, gücdür, ədaləti olmayan zalımdır. Zalım- Allahın düşmənidir. Allahın düşməni, bu dünyaya sultan da ola bilər, amma kim olur-olsun, sonu məğlubiyyətdir, kədərdir, peşmançılıqdır, sonsuz bir iztirabdır.



Bu dünyada haqqı üçün savaşa qalxanların öldürülənlərin heç biri də məğlub deyil. Məsələ bu dünyada qalib və ya məğlub olmaqda deyil, sənin öz mübarizəndə haqlı, ya haqsız olmağındadır. Haqlı olmaq, qalib olmaqdır, udsan da, uduzsan da. Haqsız olan öz rəqibini yurdundan didərgin salsa da məğlubdur, öldürsə də.



Məsələyə müxtəlif prizmalardan yanaşma var, eyni mənzərəyə bu tərəfdən baxarsan, bir cür görünər, yuxarıdan və ya əks tərəfdən baxarsan, hər şey tamamən fərqli görünər. Sənin hansı bucaqdan baxmağından da çox şey asılıdır.



İki nəfər savaşır, biri səlahiyyət sahibidir, əmrində ordular var, o biri tək-tənhadır, amma Haqqa söykəndiyini söyləyir. Uğrunda ölüm-qalım savaşına girdiyin amal sənin dəyərindir. Hər kəs öz amalı üçün savaşır.



Məqam kimin üçün səlahiyyətdir, kimin üçün vəbaldır, məsuliyyətdir. Adam var, bir addım yuxarı qalxan kimi aşağıdakıları ayaqları alrına alıb ayaqlayır, adam da var, yuxarı qalxdıqca çiyninə qoyulan yükün məsuliyyəti altında əzilir. Vicdanlı adam özünü əmri altında olan hər kəsə qarşı məsul görür, vicdansız isə əmri altında olanları az qala şəxsi əmlakı hesab edir. Və beləcə, əvvəlcə narazılıq, ardınca da savaş başlayır. Hər kəs də kürəyini bir güc mərkəzinə söykəyir, kimi vəzifəsindən güc alır, kimi Allahdan.



Kim nə eləyirsə, özünə eləyir, ədalət də bir gün öz sahibinə dönür, zülm də. Həqiqi ağıl insana Allah- Təalanın rizasını, rəğbətini qazandıran ağıldır. Allahın rizasını qazandırmayan, şeytandan uzaqlaşdırmayan, cəhənnəmdən qurtarmayan ağıl fəlakətdir. Allah sevdiyi qullarını dəstəkləyər, Ondan üz çevirmişləri isə mərhəmətindən məhrum edər. İnsan üçün Allahın mərhəmətindən məhrum olmaq ən böyük fəlakətdir, ən ağır dərddir.



Həzrəti-Məhəmmədin (s.ə.s.) bu dünyaya təşrifi ərəfəsində baş vermiş Fil hadisəsi haqqında Quranda da ətarflı bilgi var. Yəmən tərəflərdən Əbrəhə adlı birisi Kəbəni dağıtmaq niyyətinə düşür. Məqsədi də budur ki, bu Allah evi yer üzündən silinəndən sonra insanalr onun ölkəsindəki məbədə ziyarətə gələr, o da çoxlu sərvət qazanar. Böyük bir qoşunla Kəbə üzərinə yürüşə çıxır, amma Allah-Təalanın göndərdiyi quşlar o qoşunu darmadağın edir, Əbrəhə də ölür. Əbrəhənin qoşunundan iki əsgər kor olur və qalan bütün ömürlərini Kəbənin qapısı ağzında dilənməklə keçirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 503 603 436 493 462

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.