Sun.Az - Həyat Hekayəni Yarat
reklam
cabir

cabir Xəbərlər 10-02-2025, 16:11

Bələdiyyələrin görünməyən "fəaliyyətinin" səbəbi nədir?

Bələdiyyələrin görünməyən "fəaliyyətinin" səbəbi nədir?
Sun.Az xəbər saytı
Bələdiyyə, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

Lakin hazırda bələdiyyələrin hər hansı bir fəaliyyəti gözə çarpan dərəcədə deyil. Hətta bəzi vətəndaşlar mənsub olduğu bələdiyyə binasının harada yerləşdiyini belə bilmir.
Bəs bələdiyyələrin bu cür görünməyən "fəaliyyətinin" səbəbləri nələrdir?

Mövzu ilə bağlı Sun.Az -a açıqlama verən Bələdiyyələrin fəaliyyətinin təbliği ictimai birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bələdiyyələrin fəaliyyətinin zəif olmasının birinci günahı vergi ödəməyən vətəndaşlardadır. Çünki vergilər və ödənişlər vaxtında ödənilsə, bələdiyyələr öhdələrinə düşən planlı işləri və layihələrin icrasını vaxtında həyata keçirmiş olarlar: "2023-cü ildə Azərbaycanda bələdiyyələrin büdcə gəliri təxminən 53 milyon manat ətrafında qədərində idi. 2024-cü ildə isə təxminən 55 milyon manat həcmində olub.
Ümumilikdə götürəndə bu məbləğ azdır. Əvvəlki illərlə müqayisədə əmlak vergisinin yığımı və digər ödənişlərdə artım mövcuddur. Hər halda bu bələdiyyələr üçün qənaətbəxş sayıla bilməz.
Bələdiyyələrin iş prinsipinin görülməməsinin bir neçə səbəbi var. Lakin ən əsas səbəb vergilərin vaxtında yığılmamasıdır Qanunvericilikdə müəyyən boşluqların olması da bələdiyyələrin iş sistemində yaranan çətinliklərdəndir. Bələdiyyə və icra münasibətlərinin düzgün qurulmaması və digər problemlər nəticəsində bələdiyyələrin büdcə gəliri qənaətbəxş səviyyədə olmur. Buna görə də vətəndaşların qaldırdığı məsələlərin həllində bələdiyyələr operativ müdaxilə edə bilmir. Düşünürəm ki, bu problemlər öz həllini kompleks şəkildə tapmalıdır ki, bələdiyyələr tələb olunan səviyyədə fəaliyyət göstərə bilsin".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
493 527 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.