Azərbaycanın ən sevilən içkilərindən biri olan çay, gündəlik həyatımızın ayrılmaz hissəsidir. Səhər yeməyində, işdə, dostlarla söhbətdə və hətta istirahət anlarında belə bir stəkan çay ən yaxşı seçimdir.
Bəs bu qədər sevilən bir içkinin sağlamlığa gizli zərərləri olduğunu bilirdinizmi?
Çay həvəskarlarını maraqlandıracaq mühüm məlumatları təqdim edirik:
1. Yuxu pozğunluqları və sinir gərginliyi:
Çayda olan kofein beyini stimullaşdıraraq sizi daha enerjili hiss etdirməyə kömək etsə də, həddindən artıq istehlakı ciddi problemlər yarada bilər.
Belə ki, çay yuxusuzluq, narahatlıq və əsəbilik hissi yaradır.
Gec saatlarda içilən çay isə yuxu keyfiyyətini azaldır, bu da gün ərzində yorğunluq və konsentrasiya problemlərinə səbəb olur.
2. Dəmir əmilməsinin azalması:
Çay tərkibindəki taninlər orqanizmdə dəmirin sorulmasına mane olur.
Xüsusilə bitki mənşəli qidalarla qidalanan şəxslərdə dəmir çatışmazlığı riski artır.
Tez-tez çay içənlərdə baş gicəllənməsi, halsızlıq kimi anemiya əlamətləri müşahidə oluna bilər.
3. Mədə-bağırsaq problemləri:
İsti-isti içilən çayın ziyanlarını heç düşünmüsünüz?
Çox isti çay mədə selikli qişasını zədələyə bilər. Kofein mədə turşusunu artırır, bu da reflü, qastrit və mədə ağrılarına səbəb olur. Həddindən artıq çay bağırsaqlarda qaz və şişkinlik yaradır.
4. Su itkisi:
Çay sidikqovucu xüsusiyyətə malikdir, bu da bədəndə susuzluğa səbəb ola bilər. Həddindən artıq çay içmək su balansını pozur, baş ağrısı və dəridə quruluq kimi simptomlara yol açır.
5. Sümük sağlamlığına təhlükə:
Uzunmüddətli çay istehlakı kalsium itkisini sürətləndirə bilər. Bu, osteoporoz riskini artırır və sümükləri zəiflədir. Xüsusilə yaşlı insanlarda daha təhlükəli nəticələr doğura bilər.
Sun.Az - Həyat Hekayəni Yarat

Azərbaycanlıların sevimli içkisi olan ÇAY haqqında BİLMƏDİKLƏRİNİZ - Kimlərə ZİYANDIR?

Sun.Az xəbər saytı

Sun.Az xəbər saytı