Sun.Az - Həyat Hekayəni Yarat

Bakının bu ərazilərində qaz olmayacaq

Sun.Az xəbər saytı

Sun.Az xəbər saytı
Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə 12.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Sun.Az xəbər verir ki, qaz təchizatı dayandırılan müddətdə S.İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.