Luchifer_l

Luchifer_l Maraqlı 14-02-2025, 08:00

"Qiyamət günü" radiosu bir gündə 25 SİRLİ MESAJ verdi

"Qiyamət günü" radiosu bir gündə 25 SİRLİ MESAJ verdi
Radio həvəskarları, eləcə də ufoloqlar arasında "Qiyamət günü" radiostansiyası kimi tanınan "UVB-76" radiostansiyası fevralın 12-də 25 sirli mesaj ötürüb.

Loading.az xəbər verir ki, bu barədə "UVB-76 logs" teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, mesajlar Bakı vaxtı ilə saat 10:09-dan 18:15-dək qeydə alınıb. Yayım zamanı "konspekt", "plagiat", "buinaksk", "dövlət", "brahmaputra" və s. kimi sözlər səsləndirilib.

Bundan əvvəl radiostansiyanın tarixində ən "müxtəlif" ötürmə dekabrın 11-də qeydə alınıb, o zaman stansiya anlaşılmaz məzmunlu 24 mesaj ötürüb.

Bir neçə gün sonra UVB-76 radiostansiyası rusiyalı rəssam Şamanın "Mən rusam" mahnısını və Rusiyanın dövlət himnini səsləndirib. Ufoloq və alim Yuri Qriqoryev stansiyanın mesajlarının guya yaxınlaşan fəlakət barədə xəbərdarlıq olduğunu irəli sürüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
713 657 16 14 24 16

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.