Tək istəyim özünə yaxşı bax - Can parçam..

Bir insan necə də gözəl olmaya bilər. Düşünürəmdə bir gün sənlə
danışmayanda günüm zəhər keçərdi. Əsəbi olardım. Qarşıma
gələn hər kəsi kəsib biçərdim.. Amma gəl gör ki, artıq 4 aydı
gözlərinə belə baxmıram. Zatən mən bu həyatda bir sənə susdum.
Bir sənə yenildim. Bir səndə qaldım. Bir səndə məhv oldum. O qədər
çarəsizəm ki, qarşıma keçib gözümün içinə baxsan ağlayaram.
Sarılmamaq üçün özümü güclə saxlayaram. Mən həyatımda birinci
dəfədir ki, darıxmağın nə demək olduğunu öyrənirəm. Və tək deyə
biləcəyim şey. Çox iyrənc bir hissdir. Mən sənlə sarılacağım anı dəfələrlə
xəyal etmişdim, dəfələrlə yuxularımda görmüşdüm. Heç toxunmadığım
adama sarılmağı o qədər istəmişdim ki. İndi yanımda olsan bir an belə
gözləmədən sarılaram. Heç bir şey düşünmədən. Içmdəki o qırğınlığı
silərəm. Bu darıxmaq var ha. Insanı öldürür. Hər şeyi unutdurur.
Bütün səhvləri. Bütün yanlışları.. Yadıma gəlir, bir vaxtlar məni
həqiqətən sevirdin. O zamanlarda belə mənə sənsizliyi yaşadırdın.
Bizim aramız həmişə soyuq olardı. Mənsə səni çox sevirdim.
Bəlkədə elə indidə.. Nə bilim.
ehtimalla hələ ki, unutmağa cəhd etmiyəcəm. Çünki beynim yox
desə də qəlbim səni istəyir. Həmişədə belə olacaq. Məndən soruşsalar ki,
bu həyatda özünü fəda edəcək qədər kimi sevmisən
Sənin də mənim adımı söyləməni çox istərdim ancaq sən
sevməyin nə demək olduğunu bilmirsən.
Tək istəyim özünə yaxşı bax.. Can parçam..






