cabir

cabir Xəbərlər 21-02-2025, 19:00

Maliyyə çətinliyi yaşayan şəxslər "kredit tətili"ndən yararlana bilərmi?

Maliyyə çətinliyi yaşayan şəxslər "kredit tətili"ndən yararlana bilərmi?
Heç kim qəfil yaranan maliyyə çətinliyindən sığortalanmayıb. Buna səbəb isə bir çox amillər ola bilər və bu zaman üzləşdiyiniz əsas problem bank kreditini necə geri ödəməyiniz olacaq. Bu səbəbdən də maliyyə təşkilatları borcalanların vəziyyətini az da olsa yüngülləşdirmək və lazım olduqda kreditin müddətini uzatmaqla vətəndaşa kömək edir və yaxud "kredit tətillərini" təklif edirlər.
Ödənişlərin müddətinin uzadılması hissə-hissə və yaxud tam şəkildə 1-12 ay müddətinə dondurula bilər. Hissə-hissə edilən ödənişlər zamanı borcalan yalnız faizləri ödəyir və ümumi borc tətil müddətində dayandırılır. Bu kredit yükünün ailə büdcəsinə olan təsirini azaltmaq və yaranmış maliyyə problemini həll etmək üçün zaman qazanmağa kömək edəcək.
Ümumi kredit borcunun tam olaraq ödənişinin dayandırılması korlanmamış kredit tarixçəsinə malik olanlar üçün nəzərdə tutulub. Tətil müddəti ərzində kredit üzrə istənilən ödəniş dayanadırılır. Bu üstünlükdən istifadə etmək üçün banka yaranmış maliyyə problemini sübut edən sənədi təqdim etmək lazımdır. Məsələn, məşğulluq mərkəzindən işsiz olduğunuz barədə ərizəni banka təqdim etmək lazımdır.

Mövzu ilə bağlı Sun.Az -a açıqlama iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, dünyada miqyasında banklarda Kredit tətili mövcuddur. 12 aya qədər hər hansı bir kredit borcu olan şəxslər həmin o borcu ödəməkdə çətinlik çəkirsə, bankdan kredit tətili götürmək hüququ var: "Bu cür məsələlər qanunvericiliklə bağlıdır. İlk olaraq bu məsələlər qanunvercilikdə öz yerini tapmalıdır. Qanunda konkret olaraq tələblər və meyyarlar qeyd edilməlidir. Hansı şəxslər, hansı hallarda kredit tətilindən istifadə edə bilərsə bu qeyd edilməlidir.
Ölkəmizdə kredit tətili olmadığı üçün müştəri və bank arasında müəyyən problemlər yaranır.
Lakin qanunvericilikdə müflisləşmə ilə bağlı maddələr mövcuddur. Lakin bu maddələrdən kimsə istifadə etmir.
Qeyd etməliyəm ki, bank sahəsində müəyyən boşluqlar var. Boşluqlar doldurulub, "Kredit tətili" məsələsi də öz əksini tapmalıdır. Bundan sonra praktikada da bu kimi hallar tətbiq edilə bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
738 827 181 191 187 172

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.