İstəməzsən ağlamaq,lakin gözlərin səni dinləməz ki

Bir evdə yalnız qaldığında gələr ən acı xatirələr qapına. Çay süzər gözlərində oturar arsız-arsız. Danışmaz dinməz sadəcə kiçik fraqmentlərlə yaddaşını təzələyib,ürəyinə bıçaq soxar. Aylar öncə ətrini unutduğun birinin qoxusu gəlib durar burnunun ucunda. Əllərində bir boşluq hiss edərsən,necə ki qolunda bir müddət saat,qolbaq olur,sonra çıxardanda bir əskiklik hiss edirsən üzərində,hə tam da o hissi əllərində yaşayarsan. Sanki makyajı silinmiş biri kimi təmizlənərsən və onun toxunduğu yerlər bir-bir ortaya çıxar,incidər səni. İstəməzsən ağlamaq,lakin gözlərin səni dinləməz ki. Elə bir acıdır ki,dodaqlarını büzər,çənəni əsdirər,qaşlarını çatıb,gözlərini yumdurar və sellər sular axar yanaqlarına. Bax o xatirələrdir ki,unutduğunuz birinin hərşeyi üçün darıxdırar sizi.