“Google” yeni format axtarış sistemini sınaqdan keçirir
“Google” yeni formatda axtarış sistemini sınaqdan keçirir.
Google bildirir ki, istifadəçilər yeni format axtarış sistemi vasitəsilə məşhur brend və ya təşkilat haqqında məlumatları “Twitter”ı xatırladan bir dizayna malik sistem halında görə biləcək. Bunun nəticəsində istifadəçilər həmin brend və ya məşhur şəxs haqqında daha ətraflı məlumat əldə edə biləcək.
"Twitter”ı xatırladan formatdakı paylaşılan məlumatın birinə daxil olduqda şəkillərin və yazıların olduğu sayt açılır. İstifadəçilər burada görünən paylaşımları başqalarına göndərə bilir lakin, bəyənmək və rəy bildirmək kimi hələki imkanları yoxdur.






