“Batman: Arkham Knight”ın istehsalı dayandırılıb
Bu haqda “Rocksteady” şirkəti şəxsi bloqunda bildirib.
Əlavə platformalar üçün “Arkham Knight” oyununun anonsu 2015-ci ilin əvvəllərində yayımlanıb. Amma Mac, Linux və SteamOS platformaları üçün “Batman: Arkham Knight” oyununun anonsları payıza ertələnib.
İlin ortalarında oyunun “Windows”-variantı bəzi mağazalarda satışa qoyulmişdu, amma istehsalat ilə əlaqədar olaraq yaranan problem səbəbilə yenidən satışdan qaldırılmışdı.
2015-ci ilin oktyabrında bildirilmişdi ki, “Batman: Arkham Knight” 2016-cı ildə yayımlanacaq. Bu isə hələ ki “Steam" xidmətinin problemləri aradan qaldırmasından sonraya planlaşdırılır.






