“PlayStation 4” oyunlarını kompüterdə oynamaq münkün olacaq
“Sony” bir müddət əvvəl “PlayStation 4” oyununu təqdim etmişdi. Digər versiyalardan fərqli olaraq PS4-də “Remote Play” play funksiyası var.
Funksiyanın köməyi ilə oyunu kompüterlərinizdə oynaya biləcəksiz. Bunun üçün kompüterinizə əlavə proqram yükləmək və PS4 ilə sisteminiz arasında əlaqə yaratmaq tələb olunacaq.
Proqramın beta versiyası qapalı şəkildə təqdim olunacaq. Həmçinin, oyunsevərlər üçün bir neçə yeni funksiyalar da əlavə oluna bilər.






