HASANLY

HASANLY Azərbaycan 18-03-2025, 10:32

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.

Loading.Az xatırladır ki, sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır.

Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır - ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.

Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb papaq atır, gizlənirlər. Bunun da xüsusi mənası var. Ev sahibi papağı şirniyyatla, qoz-fındıqla doldurur. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür.

Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 319 251 225 206 278

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.