ice berg

ice berg Texnologiya 18-03-2025, 13:00

“iPhone”da yeni bir dövr – “iPhone 17 Ultra” gəlir

“iPhone”da yeni bir dövr – “iPhone 17 Ultra” gəlir
“Apple”ın “iPhone” seriyası üçün yeni bir dövr başlaya bilər. Sızan məlumatlara görə, “iPhone 17 Ultra” adlı dördüncü model buraxıla bilər.

Loading.aZ xəbər verir ki, bu model “iPhone 17 Pro”da olmayan özünəməxsus xüsusiyyətlərə “Apple”ın flaqman titulunu daşıyacaq.

Məlumata görə, “Apple” sentyabr ayında təqdim edəcəyi yeni “iPhone” seriyasına “iPhone 17 Ultra” adlı yeni modeli də əlavə edəcək.

“iPhone 17 Ultra”, “iPhone 17 Pro”dan fərqli olaraq daha kiçik, amma onda olmayan xüsusiyyətlərə sahib olacaq.

Ultranın daha böyük batareya üçün daha qalın dizayna sahib olacağı və daha yüksək tutumlu batareya ilə çıxacağı da bildirilir.

“iPhone 17 Ultra” Samsungun “Galaxy S25 Ultra” modeli ilə rəqib ola bilər.

“iPhone 17” seriyası ilə bağlı digər məlumatlardan biri də odur ki, “Plus” modeli “iPhone 17 Air” adlanacaq daha incə bir modellə əvəzlənəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 286 201 234 252 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.