cabir

cabir İdman 23-03-2025, 21:00

Anxel Di Maria karyerasını Meksikada davam etdirə bilər

Anxel Di Maria karyerasını Meksikada davam etdirə bilər
Mövsümün sonunda "Benfika" ilə müqaviləsi başa çatan Anxel Di Mariya karyerasını Meksikada davam etdirə bilər. Sun.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Amerika" klubu argentinalı vingeri heyətinə qatmaq istəyir.

Meksikalılar Di Mariya ilə danışıqlara start verib. "Amerika" 37 yaşlı futbolçuya illik üç milyon dollar maaş verməyə hazırdır.

Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 14 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 246 191 200 232 217

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.