Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.
“Sun.Az” xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir:
“Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.
[media=https://x.com/azpresident/status/1906013527346700718]







