HASANLY

HASANLY Xəbərlər 22-04-2025, 14:13

Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun tədbirlər proqramına daxil edilib

Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun tədbirlər proqramına daxil edilib

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026-2027-ci illər üzrə qeyd olunacaq tədbirlər proqramına daxil edilib.

Loading.Az "Report"a istinadən xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələr"i mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələnin UNESCO-nun İcraiyyə Şurasının 2025-ci ilin aprelində keçirilmiş 221-ci sessiyasında müzakirə edilərək təsdiqlənməsi mühüm nailiyyətdir:

"Əminəm ki, Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünün 2026-cı ildə UNESCO səviyyəsində qeyd olunması prosesində dövlət qurumları ilə yanaşı, Qərbi Azərbaycan icmasının nümayəndələri də iştirak edəcək, xalqımızın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə layiqincə tanıdılmasına dəyərli töhfələrini verəcəklər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
27 30 45 35 38 51

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.