Ukrayna və Qərb ölkələri atəşkəs danışıqlarına başlayır

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna, Britaniya, Fransa və ABŞ nümayəndələri çərşənbə günü İngiltərədə keçirəcəkləri görüşdə Rusiya və Ukrayna arasında qeyd-şərtsiz atəşkəsi müzakirə edəcəklər. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, "Qeyd-şərtsiz atəşkəs sülhə doğru ilk addım olmalıdır. Bu Pasxa göstərdi ki, müharibənin uzanmasına səbəb Rusiyanın hərəkətləridir", – deyə Zelenski açıqlamasında bildirib.
Zelenski həmçinin Starmerlə Avropa təhlükəsizlik formatları üzrə birgə əməkdaşlığı da müzakirə etdiyini qeyd edib.