cabir

cabir Xəbərlər 22-04-2025, 16:30

Yanğında yanan maşınlara dəyən ziyanı kim ödəyəcək? - AÇIQLAMA

Yanğında yanan maşınlara dəyən ziyanı kim ödəyəcək? - AÇIQLAMA

Aprelin 20-də Binəqədi rayonunda yerləşən obyektdə baş verən yanğın nəticəsində avtomobillər də yararsız vəziyyətə düşüb.

Belə ki, həmin vaxt ərazidə olan 5 avtomobildən 4-ü tamamilə yanıb. Bəs maraqlıdır, dəymiş ziyan sürücülərə kim tərəfindən ödəniləcək?

Zərərçəkən Əbülfəz Əliyevin sözlərinə görə, mağaza sahibi onlarla əlaqə saxlamayıb: "Dünən hadisə yerinə gəlmişdi. Deyilənə görə, dəyən zərəri qarşılayacaq. Özünə də çox ziyan dəyib, Allah kömək olsun".

"Çay içirdik, birdən qışqırıq səsi gəldi. Çıxıb gördüm ki, maşın yanır. Yanğının içinə girib avtomobilimi çıxartdım. Sığorta şirkətinə zəng etdim, dedilər ki, biz belə hadisələrə baxmırıq. Bu barədə obyekt sahibi ilə əlaqə saxlayın", - zərərçəkən Fəxri İsmayılov deyib.

Şiddətli yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya məxsus obyektlərin bəzilərinə də ziyan vurub.

Bəs belə vəziyyətdə zərərçəkənlərə sığorta ödənişi edilməlidirmi?

Sığorta üzrə ekspert Emil Ağabağırov deyir ki, bu kimi hadisələrdə avtomobilin icbari sığorta növü üzrə heç bir ödəniş həyata keçirilmir:

"Bu halda yalnız kasko sığorta və yaxud da daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta növü var. Bu iki sığortadan biri varsa, o zaman yanğın nəticəsində dəymiş ziyan qarşılana bilər. Eyni zamanda yanğın baş verən obyektin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta növü varsa, ətrafda olan obyektlər, mənzillər və ya avtomobillərə dəymiş zərər bu sığorta növü üzrə qarşılana bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 32 48 39 32 39

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.