cabir

cabir Məşhurlar 22-04-2025, 14:30

"Onlar meyxanaçı yox, "keyxanaçıdır"

"Onlar meyxanaçı yox, "keyxanaçıdır"

"Meyxana mənim üçün Əliağa Vahid, Aydın Xırdalanlı, Vüqar Biləcərili, Ağasəlim Çıldaq, Ağamirzə Məmmədovdur. İndi meyxana yoxdur. Namiq Qaraçuxurlu meyxananı mahnı janrında oxuyub, sevdirib. Bu gün meyxana bir az mahnılaşıb, amma bu o demək deyil ki, bütün müğənnilər gəlib meyxana oxumalıdır".    Sun.Az           

xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Afaqla 10lar" verilişində deyib. Müğənni meyxanaçıları tənqid edib. Seyidcahan onları "keyxanaçı" adlandırıb:

"Əgər bir meyxanaçı ki, yazdığı şeiri dərk etmir və o sözləri ilə gənclərin tərbiyəsini pozur, "ç" hərfini "dzı" kimi tələffüz edir, "Jeep"ləri alıb, altına qoyur, biznes açıb, danışığını bilmir, onun adı "keyxanaçıdır". Bunu deməyə isə mənim ixtiyarım var. Bu gün mən Yazıçılar və Bəstəkarlar İttifaqının üzvü olaraq deməsəm o zaman ixtiyarım yoxdur üzvlüyü daşımağa".

Qeyd edək ki, bundan əvvəl Seyidcahanla meyxanaçılar Vüqar Əbdülov və Orxan Lökbatanlı arasında qalmaqal yaşanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
30 31 34 37 31 41

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.