AzizA

AzizA Şeirlər 8-05-2025, 21:30

Mədinə Gülgün - Yuxuma Gəlsəydin

Mədinə Gülgün - Yuxuma Gəlsəydin

Yuxuma gəlsəydin əgər bir axşam,
Deyərdim qoy yuxum olsun əbədi.
Səni çox gəzmişəm,çox axtarmışam,
Barı itirməyim bu səadəti.

Yuxuma gəlsəydin əgər bir axşam,
Mən çəpər edərdim kirpiklərimi.
Qoymazdım yuxumdan kənara səni,
Qoymazdım yuxuma daha heç kimi.

Yuxuma gəlsəydin əgər bir axşam,
Könlümdə olanı deyərdim bir-bir.
Deyərdim hsrətdən naxışlı ömrüm
Həsrətlər içində əriyib gedir.

...Aşkarda görüşdük səninlə ancaq,
Fəqət ani oldu vüsalın sənin.
Getdin,acı,şirin xatirələrlə
Qaldı yaddaşımda xəyalın sənin...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 531 521 433 447 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.