ice berg

ice berg İslam Dini 9-05-2025, 18:00

Vəhylə ilhamın fərqi nədir?

Vəhylə ilhamın fərqi nədir?

Vəhy yalnız peyğəmbərlərə verilər. İlham isə övliyalara, şair və ədiblərə, mütəfəkkirlərə Allah tərəfindən verilən bacarıq və məlumatlar. İlhamı çox zaman vəhyin kiçik qardaşı adlandırırlar. Çünki ilham da vəhy kimi oxuyub-öyrənməklə deyil, Allahın lütfü nətıcəsində əldə olunur. Allah o kəslərə ilham edir ki, onlar ibadətdə, əxlaqda və istedadda başqalarından xeyli üstündürlər. Vəhylə ilhamın fərqləri bundadır: Vəhy yalnız peyğəmbərlərə verilir. İlham isə peyğəmbər olmayanlara da verilə bilər. Vəhy adətən mələk vasitəsilə çatdırilır. İlham isə heç bir vasitəsiz birbaşa insanın qəlbinə ötürülür. Peyğəmbər vəhyi gizlədə bilməz. İlham alan şəxs isə bunu gizlədə bilər. Peyğəmbər vəhyi Allahdan aldığını qəti surətdə bilir. Amma insan, ona ilhamın haradan gəldiyini çox zaman bilmir; bəzən isə ümumiyyətlə bunun Allahdan, yoxsa şeytandan olduğunu ayırd etməyə çətinlik çəkir; bu zaman ilhamın doğruluğunu sabit dini meyarlarla (Quran və sünnə ilə) ölçür. Peyğəmbər və onun ümməti vəhyə tabe olmalıdırlar. Amma bir şəxsə ilham olunan mətləblər nə onun özü, nə də başqaları üçün hüccət (sübut) sayıla bilməz, din və şəriət hökmlərini üstələməz.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
10 27 25 29 30 27

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.