ice berg

ice berg Aksesuar 11-05-2025, 18:00

Gözəlliyin gətirdiyi risklər

Gözəlliyin gətirdiyi risklər

İstənilən xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif formalı və ölçülü zinət əşyaları var. Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin əhvala təsiri necədir? Həkimlər deyirlər ki, gözəlliyin cazibəsinə aldanıb, sağlamlığınızı təhlükəyə ata bilərsiniz.

 

Bəzək əşyaları, aksesuarlar bineyi-qədimdən həm dünya, həm də bizim xanımların marağındadır. Geyimlərini tamamlamaq, bəzəklərinə bəzək qatmaq, özlərini daha gözəl görmək və göstərmək üçün bu cür məmulatlar əvəzolunmazdır.

İstənilən xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif formalı və ölçülü zinət əşyaları var. İndiyə qədər daha çox qızıl və gümüş məmulatlara üstünlük verilsə də, son zamanlarda bijuteriyadan daha çox istifadə olunduğunu görürük. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Məsələn, bijuteriyanın daha ucuz, əlçatan və rəngarəng olması və s. Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin əhvala təsiri necədir? Bu məsələ insanları həmişə düşündürüb və araşdırmalar aparılıb. Bir çox alimlər bu təsirin hər bir insanın orqanizminə özəl olaraq təsir etdiyini bildirirlər. Kimi qızıl, kimi gümüş, kimi isə adicə bijuteriyanı heç bir problem olmadan taxır.

 

Gözəlliyin gətirdiyi risklər

 

Bijuteriyanın əhvalımıza təsiri təsdiq olunub

Dünya psixoloqlarının fikrincə isə, bijuteriyanın müalicəvi əhəmiyyəti var. Necə? Çox asan! Təzə aksesuarların alınması əhval-ruhiyyəni yüksəldir, alanı stressdən azad edir. Zinət əşyalarını taxıb baxmaq insanı məişət problemlərindən fikrən uzaqlaşdırır. Hətta bu cür stressatmanın əsəb sistemi üçün 8 saatlıq yuxudan daha üstün olduğu barədə düşüncələr də var. Bərq vuran gözəlliklər insan beynini rahatlamaq gücünə malikdir.

Dünyada məşhur olan rəng terapiyasını da bijuteriyalarla həyata keçirmək olar. Axı rənglər insan orqanizminə, psixologiyasına, əhvalına təsir edir. Bunun üçün xüsusi həkimlərə getməyə ehtiyac da yoxdur. Bir balaca sirrini bilib, özümüz də edə bilərik. Məsələn, qəhvəyi rəng sakitləşdirir, narıncı rəng həyəcan gətirir, mavi rəng iştahanı zəiflədir, sarı rəng işləmək həvəsi yaradır, qırmızı rəng güc-qüvvə verir. Bu rəngli daş-qaşdan istifadə etməklə öz əhvalımızı özümüz təyin edə bilərik.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 478 405 426 380 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.