Körpə bir fidanım, təzə, tər gülüm
🌹🌸🍃Gəl, otur yanımda, görən olmasın,
Sənə sirr verəcəm, bilən olmasın,
Tumurcuq qönçəsən, dərən olmasın,
Yazda nəfəslənən ətirsən, gülüm.
🍃🌹🌸İsti nəfəsini köksünə yığan,
Zülmətin bətnini yarıb doğulan,
Günəşə üz tutan, göyə boylanan,
Körpə bir fidanım, təzə, tər gülüm.
🌹🍃🌸Nərgizlər Yalan Deməz, Sevinc Səyyadqızı







