cabir

cabir Məşhurlar 13-05-2025, 16:30

Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar

Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar

Bu gün, mayın 13-də Bazeldə "Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.     Sun.Az        

xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında səhnədə çıxış edəcək. Onlar "Run with you" mahnısını ifa edəcəklər.

Azərbaycanla birlikdə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.

Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək.

Müsabiqə yerli saatla 23:00-da başlayır.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.      


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 232 227 217 249 243

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.