Nilufər – 70
Türkiyə pop musiqiçisi və 1974-2022-ci illər aralığında 27 albomun sahibi Nilufər Yumlu (türk. Nilüfer Yumlu) və ya tanınan səhnə adı ilə Nilufər (türk. Nilüfer) — 31 may 1955-ci ildə İstanbulda anadan olmuşdur.
"Nazar" qrupu ilə birlikdə Türkiyəni 1978 Avroviziya Mahnı təmsil etmiş və Finlandiya nümayəndəsi ilə 18-ci yeri bölüşmüşdür.
1974-cü ildə musiqiçi Rıza Silahlıpoda ilə nişanlanır. Qısa müddətdən sonra ayrıldılar. 1977-ci ildə prodüser Yeşil Giresunlu ilə ailə həyatı qurub, 1981-ci ildə boşanıb. 1984-cü ildə Çetin Akcanla ailə qurub, 1986-cı ildə boşanıb. 2000-ci ildə qızı Ayşə Nazlını övladlığa götürüb.
1997-ci ildən etibarən Türkiyənin YUNİSEF-dəki Milli təmsilçisidir. 1998-ci ildə Türkiyənin dövlət sənətçisi fəxri adına layiq görülmüşdür.
Nəhayət, musiqili qonaq və ən əsası günün səbəbkarı olasan, 70 illik yubileyinə musiqi hədiyyə etməyəsən, yaxşı olmaz. Onun ən bəyənilən həzin “Son arzum” mahnısını sözləri ilə bərabər təqdim edirəm. Xoş dinləmələr!






